Kateqoriyasız

APOEL-in gözü “Qarabağ”ın legionerində

Kiprin APOEL klubu “Qarabağ”ın futbolçusu Aylton Silvanı heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Nikosiya təmsilçisi müqavilə ilə “Şalke”yə məxsus olan braziliyalı futbolçunu yay transfer dönəmində transfer edəcək. Almaniya təmsilçisi 25 yaşlı futbolçunu transfer etmək istəyən klubdan 1.5 milyon avro tələb edir.

Qeyd edək ki, “Qarabağ” 25 yaşlı Silvanı mövsümün əvvəlində 1 illik icarəyə götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43