Kateqoriyasız

APOEL “Qəbələ”yə də rəqib oldu

FutbolPressUEFA Gənclər Liqasının Çempionlar yolunda püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibi müəyyənləşib.

AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olan “qırmızı-qaralar”ın ilk raunddakı rəqibi Kipr təmsilçisi APOEL olub.

“Qəbələ” mərhələ adlasa, növbəti raundda “Real Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Yolunda I mərhələnin oyunları 2 – 23 oktyabrda, II raundun görüşləri isə 6 – 27 noyabrda baş tutacaq. “Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43