Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə qarşıllşacaq “Qarabağ” Niksoya klubunu keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək.
İdmanxeber.az-ın məlumatına görə, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib.
“Köhlən atlar” Kipr klubuna məğlub olsa, Avroliqanın pley-off mərhələsində “Sutyeska” (Çernoqoriya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.