Kateqoriyasız

APOEL – “Qarabağ” oyununun başlama saatı açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə ilk oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.az-ın Kipr klubunun saytına istinadən yaydığı xəbərə görə, Nikosiyadakı “QCP” stadionunda keçiriləcək birinci matç avqustun 6-ı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 13-ü Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43