Kateqoriyasız

APOEL “Qarabağ”la oyun üçün Bakıya azarkeş gətirir

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Kiprin APOEL klubu Bakıya azarkeş gətirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Nikosiya klubu paytaxtımıza  gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edəcək.

Səfər hər bir azarkeşə viza, səhər yeməyi və transfer xərcləri daxil olmaqla, 570 – 800 avroya başa gələcək. Bura bilet xərcləri aid deyil.

Qeyd edək ki, APOEL “Qarabağ”la ilk oyununu avqustun 6-da Nikosiyada, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43