Kateqoriyasız

APOEL və KFF əl-ayağa düşdü: Baş prokrorluğa müraciət olundu

Sabah Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəində “Qarabağ” səfərdə APOEL-lə qarşılaşacaq.

İdmanxeber.az Kipr mətbuatına istinadən yaydığı məlumata görə,  Nikosiya təmsilçisi bu görüşdə təhlükəsizliyin tam təmin edilməsi məqsədi ilə yerli futbol federasiyasına, eləcə də baş prokrorluğa müraciət edib. Maraqlısı budur ki, təhlükəsizliyin yüksək şəkildə təmin edilməsi məqsədi ilə bağlı təkcə APOEL deyil, yerli futbol federasiyası da güc strukturlarına məktub ünvanlayıb.

Həm klub, həm də Kipr Futbol Federasiyası (KFF) Azərbaycan təmsilçisi ilə görüşdə yerli fanatların çılğıncasına edə biləcəyi hər bir şeyi, eləcə də baş verə biləcək hər hansı bir təxribatı göz önünə alaraq təhlükəsizliyin yüksək şəkildə təmin edilməsi məqsədi ilə bütün tədbirləri öncədən görür.

Yazıda son olaraq bildirilir ki, yerli federasiya baş prokrorluqdan kömək istəyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43