Ölkə futbolu

Aqil Məmmədov: “Hakim elə bil sarı vərəqələri bizim oyunçulara vermək üçün gətirmişdi”

Premyer Liqanın 6-ci turunda "Sumqayıt" doğma meydanda AZAL-la 1:1 hesablı heç-heçəyə razılaşıb.

İdmanxeber.com-un məlumatına görə, "kimyaçılar"ın baş məşqçisi Aqil Məmmədov qarşılaşmaya belə şərh verib:

"Biz oyuna ciddi hazırlaşıb, uğursuz seriyaya son qoyub, qələbə qazanmaq istəyirdik. Demək olar ki, qələbə qazanmağa yaxın idik. Amma son anda 1 xalla kifayətləndik. Döyüşən kollektivdən razıyam. Hesab edirəm ki, maraqlı oyun alındı. Çünki hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyunun gedişində 10 nəfər qaldıq. Hakimlikdən razı deyiləm. Bəzi epizodlarda oyunu saxlamırdı. Elə bil sarı vərəqələri bizim oyunçulara vermək üçün gətirmişdi. Rəhim Həsənov təcrübəsiz, gənc hakim deyil ki, deyim, bacarığı budur. Bunun adını qərəz qoyub, şər də ata bilmərəm. Sadəcə, fikrimdə qalıram: çox pis hakimlik elədi. Düşünürəm ki, epizodlara baxmalıyam. İndi deyə bilmərəm ki, ikinci sarı vərəqə var idi, ya yox idi. Epizoda baxıb, konkret danışa bilərəm "


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43