Dünya futbolu

Aqolli millidən kənarda qaldı

Albaniya millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Canni De Biası yığmaya 23 futbolçu dəvət edib. Maraqlıdır ki, mütəxəssis bu dəfə komandanın kapitanı, son Azərbaycan çempionu “Qarabağ”da forma geyinən Ansi Aqollini millidən kənarda qoyub.

Qeyd edək ki, Albaniya millisi iyunun 4-də Lüksemburq millisi ilə yoxlama oyunu keçirəcək. Komanda iyunun 11-də DÇ-2018-in seçmə mərhələsində İsrail yığması ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43