Ölkə futbolu

Aqolli: “Xüsusi bir tapşırıq yoxdur”

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün səfərdə PAOK-la qarşılaşacaq “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

İdmanxeber.com xəbər verir ki, Aqolli oyunun çətin keçəcəyini bildirib:"Əlbəttə, çətin oyun olacaq. Artıq rəqiblə bir oyuna çıxmışıq. Güclü azarkeş dəstəyi olacaq. Hamı belə atmosferdə oynamaq istəyər. Xüsusi bir tapşırıq yoxdu. Maksim də, mən də ancaq komandaya kömək etmək barədə düşünürük. Məşqçimizin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışacağıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43