İdman

Aqollinin Albaniyası 78 dəqiqə oynaya bildi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Albaniya – Makedoniya oyunu təxirə salınıb. İdmanxeber.com-un məlumatına görə, buna səbəb güclü yağış olub.

 

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin meydan sahiblərini kapitan kimi meydana çıxartdığı görüş 78-ci dəqiqədə hava şəraitinin əlverişsizliyi səbəbindən türk hakim Hüseyn Göçek tərəfindən yarımçıq dayandırılıb.

 

İlkin məlumatlara görə, matç qaldığı dəqiqədən etibarən davam etdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43