İdman

Araz Abdullayev “Anartosis”in heyətində növbəti qolunu vurdu

Millimizin futbolçusu Araz Abdullayev Kiprdə növbəti qolunu vurub.

İdmanxeber.com-un məlumatına görə, “Anartosis”in şərəfini qoruyan yarımmüdafiəçi Kipr çempionatında 27-ci turun AEK-lə səfər matçında fərqlənib.

Matça start heyətində başlayan millimizin üzvü 33-cü dəqiqədə  hesabı açıb. O, 74-cü dəqiqədə Kamara ilə əvəzlənib.

Qarşılaşma heç-heçə yekunlaşıb – 2:2.

Qeyd edək ki, 27 turdan sonra 57 xal toplayan “Anortosis” hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43