Milli komanda

Araz Abdullayev: “Mahirə qarşı edilənlər doğru deyil”

Millətlər Liqasında IV tura yekun vurulub.

Millətlər Liqasının qrup mərhələsində Malta ilə heç-heçə etdiyimiz görüşün ardından komandamızın yeganə qolunun müəllifi Araz Abdullayev oyun barəsində fikirlərini bildirib:

“Qələbəni çox istədik, bunun üçün hər şeyi etmişdik. Təəssüf ki, olmadı. Futbolda bəzən belə hallar olur. Qol vurduğum epizodda top ayağıma yaxşı oturdu və zərbə də qüvvətli alındı. Çalışıram əvvəlki vaxtlardakı formuma qayıdım”.

Futbolçu oyundan çıxarkən azarkeşlərin təpkisinə məruz qalan Mahir Mədətovla bağlı da açıqlama verib:

“Mahir çox gənc və istedadlı futbolçudur. Ona qarşı edilənlər doğru deyil. Hamımızın epizodlardan yararlana bilmədiyi vaxtlar olur. Hər birimiz yaxşı nəticə üçün meydana çıxırıq. Ona kömək olmalıyıq, o, hələ gəncdir. Düşünürəm ki, gələcəkdə daha da yaxşı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43