Kateqoriyasız

Araz Abdullayev: “Nəyə görə bu sualı verirsiniz ki?”

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev etiraf edib ki, o, heç vaxt klubun yeni yaradılan Müşahidə Şurasının sədri Çingiz Abdullayevin yazdığı kitabları oxumayıb. 

İdmanxeber.com-un məlumatına görə, Abdullayev bu barədə bunları deyib:

“Çingiz Abdullayevi yazıçı kimi tanıyırammı? Əlbəttə. Kitabını oxumuşammı? Xeyr. Nəyə görə bu sualı verirsiniz ki? Normal suallar verin ki, mən də normal cavablar verim. Tezliklə oxuyacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43