Premyer Liqa

Araz Abdullayev: “O qədər də yaxşı oynamadıq”

"O qədər də yaxşı oynamadıq. İkinci hissə başlayanda çalışdıq vəziyyətlər yaradaq, rəqibi öz tərəflərində sıxaq. Bir qol buraxıb ruhdan düşmədik. Mübarizə apardıq qolumuzu vurduq. İkinci qolu da vura bilərdik" 

İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri Topaz Premyer Liqası 20-ci turu çərçivəsində keçirilən "Neftçi" – "Rəvan" qarşılaşmasından sonra meydan sahiblərinin futbolçusu Araz Abdullayev deyib.

Təcrübəli futbolçu sözlərinə belə davam edib:

"Rəvan" komandasını da təbrik edirəm. Səfərdə bir xal götürmək böyük şeydi. "Xəzər Lənkəran"la oyuna hazırlaşırıq. Çalışacağıq ki, yaxşı oyun göstərək. "Qarabağ" və "Qəbələ" ilə oyunlarda ciddiyət tamam fəqli olur. Ancaq belə oyunlara da maksimum ciddi yanaşmağa çalışırıq. "Rəvan"ı aşağılamaq istəməzdim, amma "Neftçi"yə qarşı oynayan komanda daha yaxşı çıxış edir. Hakimliklə bağlı heç nə deyə bilmərəm. Oyun tez-tez dayananda istədiyini də edə bilmirsən. Futbola qaydalarına uyğun etirazımızı bildirdik"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43