10 Dekabr 2018
Müsahibə

Araz Abdullayev: “Priştinada finala bərabər matç olacaq”

“Bəli, qalib gəldik. Oyunda daha çox topa biz nəzarət etdik. Çalışırdıq ki, hesabı qoruyaq və bir qədər az yorulaq. Nəzərə alaq ki, bir neçə gün sonra Kosovo ilə ağır oyunumuz olacaq. Priştinada finala bərabər matç keçiriləcək”.

Bu sözləri milli komandamızın futbolçusu Araz Abdullayev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Abdullayev daha sonra sualları cavablandırıb.

– Ayaqlarınız meydanda olsa da, başınız deyəsən, Maltada qalmışdı.
– Kosovo Maltanı məğlub elədi. Bir çıxış yolumuz qalıb ki, Priştinada Kosovonu məğlub edək. Komanda şəklində bu oyunun altından çıxmalıyıq.

– Kosovonun 5:0 hesablı qələbəsi sizdə çaşqınlıq yaradıb?
– Biz də qalib gəlmişik. Artıq bir oyun qalıb. İstəyirik ki, həmin oyuna motivasiya olaq. 3 gün vaxtımız var, yaxşı hazırlaşmaq lazımdı.

– Zədən nə yerdədi?
– Hər şey yaxşıdı. Həkimlər baxacaq və növbəti oyuna hazır olacam.

Oxşar xəbərlər

Diniyev “facebook”dakı qalmaqallı fotolarından danışdı: “Halal zəhmətimlə qazandığım pullardı, cəriməmi isə polisə ödəmişəm” – MÜSAHİBƏ

admin

Tərlan Əhmədov: “Bu, praktiki cəhətdən mümkün deyil”

admin

“Ayntraxt”ın azərbaycanlı futbolçusu: “Mənim üçün ilk növbədə Almaniya millisidir” – MÜSAHİBƏ

admin