Ölkə futbolu

Araz Abdullayev: “Qrupdan çıxmaq arzusundayıq”

“Qarabağ”ın futbolçusu Araz Abdullayev səfərdə “Sabah” qalib gəldikləri (2:0) Topaz Premyer Liqasının VI tur oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç barədə fikirlərini bölüşüb…

– Ağır oyun oldu. İkinci hissənin sonlarına yaxın qələbə qollarını vurduq. “Sabah” yaxşı komandadı. Çox yaxşı mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik.

– Bu oyunda fərqli mövqedə – mərkəz hücumçusi kimi çıxış etdin. Növbəti görüşlərdə də bunu görə biləcəyik, yoxsa bu, bir oyunluq sınaq idi?
– Baş məşqçi məni hansı mövqedə oynadırsa, orada komandama kömək etməyə çalışıram. Yad mövqe olsa da, özümü doğrultmağa çalışıram.

– Sentyabrda hazır olmadığın üçün milliyə dəvət almamışdın. İndi özünü hazır hiss edirsən?
– Özümü oyundan-oyuna daha yaxşı hiss edirəm.

– Qarşıda sizi “Arsenal”la Avropa Liqasının oyunu gözləyir. Fikirlərin necədi?
– “Arsenal” güclü komandadır. Bizi çətin oyun gözləyir. Öz meydanımızda çıxış edirik, xalqımıza yaxşı oyun göstərmək istəyirik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

– “Arsenal” ardıcıl 7 oyundu ki, qələbə qazanır. Bu, sizi qorxurtmur?
– Biz də bir neçə oyundu ki, qələbə qazanırıq. Avropa Liqasında da çalışacağıq ki, əlimizdən gələni edib, yaxşı nəticə qazanaq.

– “Qarabağ”ın düşərgəsində bu oyuna necə yanaşırlar: 1 xal qazanmaq sizin üçün uğurdu, yoxsa əsas məqsəd qrupdan çıxmaqdı?
– Hamı istəyir ki, maksimum nəticə qazanaq. Qrupdan çıxmaq arzusundayıq. Ancaq elə matç olur ki, yaxşı oyun göstərib sonda məğlub olursan və ya pis oynayıb qələbə qazanırsa


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43