Ölkə futbolu

Araz Abdullayev və Flavinyodan böyük jest!

Xəbər verdiyimiz kimi Nərmin Hüseynli və Vüqar Feyzullanın ağır xəstəlikdən xilası üçün başladılan yardım aksiyalarına bəzi klublarımız da qoşulub

İndiyə qədər “Qəbələ”, “Qarabağ”, “Neftçi”, “Bakı” və “Xəzər Lənkəran” müxtəlif sayda imzalı formaları  verməklə aksiyaya dəstək göstəriblər.

Yaxın günlərdə həmin formalar satışa çıxarılacaq. Ancaq indidən “Neftçi”nin iki əsas oyunçusu – Araz Abdullayev və Flavinyo auksionda iştirak edəcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43