Ölkə futbolu

Araz Abdullayevin legioner həyatı yaşaması an məsələsidi

“Qəbələ”nin futbolçusu Araz Abdullayev Kiprin “Anortosis” klubuna transfer olunmaq üzrədir.

İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu gün Famaqusta təmsilçisində tibbi müayinədən keçəcək. Onun “Anartosis”lə 1 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində “Qəbələ”yə keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43