Kateqoriyasız

Araz Abdullayevin yeni klubu rəsmən bilindi

Millimizin üzvü Araz Abdullayevin yeni klubu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir klubsuz qalan Abdullayev Türkiyə “Boluspor”una keçib.

Bu barədə I Lqa təmsilçisinin saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Abdullayevin son klubu “Qarabağ” olub. O, ötən mövsümün sonunda Ağdam təmsilçisindən ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43