Kateqoriyasız

Araz Abdullayevin yeni komandası bilindi – bugün müqavilə imzalanır

Kiprin “Etnikos” klubundan ayrılan Araz Abdullayev karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Abdullayev bunan sonra karyerasını “Sumqayıt”da davam etdirəcək. O, artıq dünəndən komandanın məşqinə də qoşulub.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza bildirib ki, Arazla bugün münasibətlər rəsmiləşdiriləcək.

Qeyd edək ki, Araz Abdullayev yayda “Etnikos”la 1 illik müqavilə imzalasa da, 6 ay sonra qarşılıqlı şəkildə sözləşməyə xitam verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43