Kateqoriyasız

Araz Ağalarovdan “Fənərbağça” açıqlaması: “Mən iki komandanın sponsoruyam”

Araz Ağalarov Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyində yer alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Rusiyada yaşayan azərbaycanlı iş adam bu xəbəri yalanlayıb:

Bu mövzuda heç düşünməmişəm də. Bunu etməyə də hazırlaşmamışam.

Bundan əlavə mən 2 komandanın – futbolda Moskva “Dinamo”su və otüstü hokkeydə Krasnoqorsk “Zorki”sinin sponsoruyam. Bunun öhdəsindən çətinliklə gəlirəm və bu planda nəsə almağa hazırlaşmıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43