l Divizion

“Araz Naxçıvan” 5 futbolçu ilə yollarını rəsmən ayırdı

Qışı Azərbaycan birinci divizionunda çempion olaraq tamamlayan “Araz Naxçıvan” təmizlik işlərinə start verib.

Naxçıvan təmsilçisi  5 futbolçusuna qapını göstərib. Baş məşqçi Əsgər Abdullayevin qərarı ilə Rəşad Hacızadə, Elnur Soltanlı, Ozal Əbiyev, Nicat Əliyev və Elvin Cəbrayıllı ilə əməkdaşlığa son qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43