Kateqoriyasız

“Araz Naxçıvan” azarkeşlərindən boykot qərarı

Bildiyimiz kimi “Araz-Naxçıvan” yarandığı gündən azarkeşləri də aktiv fəaliyyətə başladılar. Naxçıvan təmsilçisini evdə “UltrAraz” dəstəkləyirsə, səfər oyunlarında bu məsuliyyəti “Nəqşicahan” öz üzərinə götürüb. 

İdmanxeber.com saytının dünən “Lokomotiv” – “Araz-Naxçıvan” matçına ezam olunan müxbirinin verdiyi məlumata görə görə, naxçıvanlılar dünən bu oyunda komandanı yalqız qoyublar. Dünəndən bəri bunun səbəbini araşdırsaq da, artıq ipucu tapılıb. Belə ki, “Nəqşicahan” AAK komandanın oyununa etiraz edərək klub rəhbərliyinə etiraz bəyanatı yollayıb və bəyanata cavab verilmədiyinə görə bu oyuna getməyərək, boykot ediblər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43