10 Noyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan” braziliyalı futbolçunu transfer etdi

Təlim-məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün bu gün Türkiyəyə yola düşən “Araz-Naxçıvan” növbəti transferini həyata keçirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Felipe Santosu heyətinə qatıb.

Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq.

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun son klubu İsrail “Hapoel Hayfa” olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. O, “Maribor”dan sonra Azərbaycana gəlib. “Şamaxı”nın formasını geyinib, sonra “Qəbələ”nin qələbələri üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43