Ölkə futbolu

“Araz Naxçıvan” Elmar Baxşıyevlə bağlı qərarını verdi

“Araz-Naxçıvan” klubunun rəhbərliyi baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb. 

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni anlaşmanın müddəti 1 illikdir. 

Mütəxəssis 2024/25-ci il mövsümündə “qırmızı-ağlar”ı çalışdıracaq. 

“Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı, eləcə də transfer çalışmaları barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43