08 Sentyabr 2024
Ölkə futbolu

“Araz-Naxçıvan” futbolçusunu icarəyə verdi

“Araz-Naxçıvan” klubu daha bir futbolçusunu icarəyə verib.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Nihad Qurbanlı I Liqa komandası MOİK-ə keçib.

22 yaşlı oyunçu cari mövsümün sonuna qədər “hərbçilər”in formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu I Liqanın digər komandası “Difai”yə icarəyə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43