l Divizion Ölkə futbolu

“Araz Naxçıvan” I Divizionun çempionu oldu

Azərbaycan 1-ci divizionunda 2022-2023 mövsümünün qalibi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub.

Komanda səfərdə “Qaradağ Lökbatan”ı 2:0 hesabı ilə məğlub edib.

Muxtar respublika təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi “Neftçi-2″ni 11 xal qabaqlayır.

2013/14 mövsümündəki uğurunu təkrarlayan “Araz Naxçıvan” birindi divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.

Lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.

4 may

“Səbail-2” – “Qəbələ-2” – 1:0

Qol: Rasim Həsənov, 86

“Qaradağ Lökbatan” – “Araz Naxçıvan” – 0:2
Qollar
: Orxan Əliyev, 17 (pen.), Bayraməli Qurbanov, 45

“Mingəçevir” – MOİK – 0:2
Qollar: 
Ramil Orucov, 16, Elmir Rəhimzadə, 72


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43