Bu gün Azərbaycan I Divizionunun 22-ci turuna start verilib.
İdmanxeber.com-un məlumatına görə, lider “Araz-Naxçıvan” Naxçıvanda MOİK-i qonaq edib. Premyer Liqaya iddiası böyük olan “Araz Naxçıvan” ordu klubunu darmadağın edib – 3:0.
“Araz Naxçıvan”ın heyətində Akif Tağıyev, Elmin Çobanlı və Fərid Quliyev fərqlənib.
Beləliklə, Naxçıvan klubu 22 oyundan sonra 59 xalla turnir cədvəlinin şəriksiz lideridi.