Kateqoriyasız

“Araz-Naxçıvan” Türkiyə klubunu məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Araz-Naxçıvan” növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

İdmanxeber.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi yerli “Erbaaspor”la üz-üzə gəlib. Qarşılaşma Azər Bağırovun yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

“Araz-Naxçıvan”ın heyətində 66 və 81-ci dəqiqələrdə Söhrab Qoli Fəxrabadi fərqlənib.

Qeyd edək ki, Naxçıvan komandası Türkiyə toplanışı çərçivəsində bundan əvvəl 4 oyun keçirib. “Araz-Naxçıvan” qardaş ölkədə “Karakoçan” (0:2), “Hopaspor” (2:0), “24 Erzincanspor” (3:3) və “Amasyaspor”la (1:1) qarşılaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43