Kateqoriyasız

“Araz Naxçıvan” Türkiyə klubuna uduzdu

Yeni mövsümə Türkiyədə hazırlaşan “Araz Naxçıvan” ötən gün Ərzurum toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Naxçıvan klubu bu ölkənin “Samsunspor” komandası ilə qarşılaşıb.

Qarşılaşmada hesabı “Araz Naxçıvan” açsa da, “Samsunspor” iki qol vuraraq qalib gəlib – 2:1.

25 iyul

Yoxlama oyunu

“Araz Naxçıvan” – “Samsunspor” – 1:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43