22 Sentyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan”dan daha bir transfer

“Araz-Naxçıvan” burkina fasolu futbolçunun keçidini açıqlayıb.

İdmanxeber.az-ın məlumata görə, bölgə təmsilçisi İssuf Paro ilə 1 illik müqavilə imzalayıb.

29 yaşlı mərkəz müdafiəçisi karyerasına vətənində “Ouaqaduqu” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Konkarneau” komandalarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43