Ölkə futbolu

“Araz Naxçıvan”dan darmadağın

Futbol üzrə Azərbaycan I Divizionunda 9-cu turun növbəti dörd oyunu keçirilib. Şənbə günü baş tutan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

“Turan-T” 0–3 “Şuşa”

QOL: Əhməd Ticani, 6, 64, 85

“Qaradağ Lökbatan” 3–0 “Energetik”

QOL: Aydın İslamov, 52, Novruz Ələkbərov, 78, 84

“Mil-Muğan” 2–1 “Kəpəz”

QOL: Vasif Mehrəliyev, 20, Samir Babayev, 28,  Ravil Müslümov, 69

“Araz Naxçıvan” 4–0 “Bakılı”

QOL: Akif Tağıyev, 14, Elmin Çobanov, 40, David Janalidze, 45+1, 67

Tura bazar günü keçiriləcək “Karvan” – “Lokomotiv” və “Göyəzən” – “Şahdağ” oyunları ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43