Ölkə futbolu

“Araz Naxçıvan”dan iki rəsmi transfer

Yeni mövsümdə Premyer Liqada çıxış edəcək “Araz Naxçıvan” ilk transferlərini gerçəkləşdirib. 

İdmanxeber.com-un məlumatına görə, Muxtar Respublika təmsilçisi Qərib İbrahimov və Emin Cəfərquliyevi heyətinə cəlb edib. Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb. 

Qeyd edək ki, hər iki futbolçu son mövsümü AZAL-da keçirib. Qərib 25 oyunda (1364 dəqiqə) 1 qol vurub, Emin cəmi 7 oyunda meydana çıxaraq 141 dəqiqə oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43