Kateqoriyasız

“Araz Naxçıvan”dan iki transfer həmləsi: Biri “Sabah”dan, digəri Gürcüstandan

Yeni mövsümdən birinci divizionda çıxış edəcək “Araz Naxçıvan” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisi heyətini iki futbolçu qata bilər. Belə ki, “Sabah”da çıxış edən Abdulla Rzayev “Araz Naxçıvan”a keçməyə yaxındı. “Sabah”ın əsas heyətində məşqlərdə iştirak edən futbolçunun keçidi yaxın günlərdə rəsmiləşməlidi.

“Araz Naxçıvan”ın maraq dairəsində olan digər futbolçu isə Gürcüstan çempionatında çıxış edib. Adı açıqlanmayan 2002-ci ilə təvəllüdlü əslən azərbaycanlı futbolçunun pasport məsələləri həllini tapdıqdan sonra, bu transfer baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43