l Divizion

“Araz Naxçıvan”dan növbəti transfer – FOTO

I Divizionun ilk dövrəsini lider kimi başa vuran “Araz-Naxçıvan” heyətini daha bir futbolçu ilə gücləndirib. Ötən mövsümü “Turan-T” komandasında keçirən Azər Məmmədov Naxçıvan klubu ilə 6 aylıq müqavilə imzalayıb. Yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib: “Məlum olduğu kimi komanda hazırda turnir cədvəlində liderdi və bu uğuru ikinci dövrədə davam etdirməyə çalışacağıq. Liderliyi qorumaq asan olmayacaq, çünki bütün rəqiblər bizə qarşı daha fərqli taktika ilə oynamağa üstünlük verəcəklər. Ancaq heyətimizə bir çox təcrübəli futbolçu var. İstənilən rəqibi məğlub etmək gücünə malikik.”

arazpfc.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43