20 Sentyabr 2024
İdman

“Araz-Naxçıvan”dan yeni transfer

Futzal üzrə ölkə çempionu “Araz-Naxçıvan” braziliyalı futzalçı ilə anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Andrezinyo ləqəbli 26 yaşlı Andre Korrea dos Santos Junior mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış edən hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk edib. Daha doğrusu, Eriklə başa çatan müqavilənin müddəti uzadılmayıb, Bağırov və Atayev isə xarici klubdan dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43