08 Sentyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan”ın baş məşqçisi: “Gücümüz budur”

Topaz Premyer Liqasının  VI turunda səfərdə “Xəzər Lənkəran”a 0-2 hesabı ilə uduzan “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev oyun barədə düşüncələrini bildirib.

İdmanxeber.com-un məlumatına görə, “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev matçdan sonra fikirlərini jurnalistlərlə bölüşüb:

“Futbolçularımız döyüşdülər. Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz budur. Amma işimizi davam etdirəcəyik. Futbolçularım  Premyer Liqa təcrübəsi qazanmalıdırlar.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43