Ölkə futbolu

“Araz Naxçıvan”ın buna görə qırmızı rəngi seçib

“Araz Naxçıvan”ın İdarə Heyətinin Tahir Əliyev klubun 55 illik yubileyi münasibətilə təşkil olunan “1 uşaq – 1 top” festivalından öncə keçirilən mətbuat konfransında jurnaılistlərin sualalrını cavablandırdı…

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə fikirlərini bildirdi…

– Qurulan komandanın arxa cəbhəsi var. Bu da strukturdur. “Araz Naxçıvan”ın elə strukturu qurulur ki, həm təşkilatı, həm baza, həm idman bazası baxımından səliqəli qurulub və davam edəcək. Özümüzü gediləsi uzun yolda hiss edəcəyik. Hədəflərimiz yaxın 5-10-15 illə bağlıdır. Struktur baxımından güclənəcəyik ki, baş məşqçimizin qarşısına daha böyük tapşırıqlar qoyulsun. Məncə, bu uzun yolda bizə şərait yaradılıb.

– “Araz Naxçıvan” SSRİ dövründə mavi formalarla oynayırdı, insi isə ağ-qırmızı zolaqlı. Bu, nə ilə bağlıdır?
– Rəngimiz əslində qırmızıdır. Bunun da müəllifi mənəm. Məşhur kosmonavt Aleksey Leonov orbitə çıxan ilk insandır. Onun kitabını oxumuşam, deyir ki, yer kürəsi qırmızı görünür. O, həmin rəngi axtardığını yazır. 70-ci illərin sonunda Naxçıvanda olub və deyir ki, həmin rəngi Naxçıvanın dağlarında gördüm. Mən də dedim ki, onun şərəfinə qırmızı rəngi götürək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43