Ölkə futbolu

“Araz-Naxçıvan” növbəti transferi edib – RƏSMİ

“Araz-Naxçıvan” heyətini gücləndirməyə davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Naxçıvan təmsilçisi Ramin Nəsirli ilə anlaşıb. U-21 Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.

“Neftçi”nin yetirməsi olan R.Nəsirli bir müddət Latviyanın güclülər dəstəsində iştirak edən “Daugavpils” klubunda legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43