l Divizion

“Araz Naxçıvan”ın üç muşketyoru – FOTO

İkinci dövrəyə də qələbə ilə başlayan “Araz-Naxçıvan” PFK bu gün doğma arenada iki məşqə çıxacaq. İlk məşqinə səhər saatlarında başlayacaq olan “qırmızı-ağlar”, axşam saat 5-də növbəti dəfə məşq etmək üçün meydana çıxacaq. “Şahdağ”la oyunun hazırlıqlarına ara vermədən davam edən Naxçıvan təmsilçisinin heyətində zədəli futbolçunun olmaması baş məşqçi Əsgər Abdullayevi sevindirməyə bilməz. Qusar təmsilçisi ilə mövsümün ilk dövrəsində keçirilən oyunun qəhrəmanları, həmçinin yeni transfer Əziz Hüseynov klubun rəsmi saytına maraqlı açıqlama veriblər.

Akif Tağıyev: “Çətin olacağını bilirik, lakin doğma azarkeşlərimizin önündə qələbə qazanacağımıza da inanırıq. Uzun fasilədən sonra yenidən fanat ordumuzun qarşısında oynamaq qürurvericidi.”

Elgün Abbaslı: “Baş məşqçi mənə əsas heyətdə şans verdiyi halda meydana çıxıb komanda üçün əlimdən gələni edəcəyəm. Belə azarkeşlər qarşısında oynamaq doğrudan da, böyük məsuliyyət kəsb edir. Çünki onlar hər zaman bizdən qələbə gözləyirlər. Bu görüşü də 3 xalla başa vuracağımıza əminəm.”

Əziz Hüseynov: “Komandaya yeni gəlmişəm və ilk oyunda meydanda oldum. Hələ ki, “Araz-Naxçıvan”ın forması ilə bu arenada meydana çıxmamışam. İlk oyunda özümü yaxşı tərəfdən göstərib fanatların sevgisini qazanmağı çox istəyirəm. Amma ən əsası komandamızın qalib gəlməyidi ki, bunun üçün də əlimizdən gələni edəcəyik.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43