Ölkə futbolu

“Araz Naxçıvan”lı azarkeşlərdən “Xəzər Lənkəran”a jest

"Araz Naxçıvan"ın "Nəqşicahan" azarkeş qrupu bəyənat yayıb:

Bugün "Araz-Naxçıvan" və "Xəzər-Lənkəran" arasında Azərbaycan Kubokunun 1/4 oyunu baş tutdu. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, oyundan əvvəl və sonra bəzi sosial şəbəkələrdə araqızışdırıcı missiyası tutanlar tərbiyəsizlik edərək (hər iki tərəfdən) nalayiq sözlərdən, jarqon ifadələrdən istifadə etmiş, bununla da nəyəsə nail olduqlarını sübuta yetirmək istəmişlər.

Qısa futbol tariximizə nəzər salsaq görərik ki, futbol azarkeşləri arasında nifaq salmaq məqsədi güdənlərin sayəsində bugün Eliko Ləzgineç kimi azarkeşlərimiz həbsxana həyatı sürməkdədirlər.

"Nəqşicahan" AAK olaraq bildirik ki, bu oyun da daxil olmaqla, bundan sonra da, nəticəsindən asılı olmayaraq"Araz-Naxçıvan" və "Xəzər-Lənkəran" arasında baş tutacaq oyunlar bu iki komandanın azarkeşlərinin dostluğuna kölgə salmayacaq…

 

arazpfc.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43