Ölkə futbolu

“Araz” türk klubu ilə qarşılaşacaq

Türkiyəyə təlim-məşq toplanışına yollanan Naxçıvanın “Araz” klubu sabah hazırlıq prosesi çərçivəsində növbəti yoldaşlıq görüşünü keçirəcək.

Əsgər Abdullayevin rəhbərlik etdiyi komanda Türkiyənin “Rize Kalkanderespor” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, “Araz” ilk yoldaşlıq görüşündə “Yakutiyaspor”u 2:0 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43