Ölkə futbolu

“Araz” Xorvatiya klubuna uduzdu

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində yerli “Nasional” komandası ilə qarşılaşıb.

Oyun təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Araz”ın heyətində yeganə qolu matçın son dəqiqəsində Fineo vurub. 
Qrupdakı digər oyunda Rusiyanın “Uqra” klubu Almaniya “Hamburq”unu üstələyib – 4:0. 
Qeyd edək ki, “Araz” qrupdakı ikinci oyununda noyabrın 24-də “Uqra” ilə qarşılaşacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43