Ölkə futbolu

“Araz”dan növbəti qələbə

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan Naxçıvan təmsilçisi “Araz” bu gün növbəti yoxlama matçında “Rize Kalkanderespor" komandası ilə üz-üzə gəlib.

İlk dəqiqələrdən hücuma atılan komanda 3-cü dəqiqədə hesabı açıb. Əlimirzə Daşzərini 35 metrdən vurduğu mükəmməl qolla fərqlənib.Matçın 37-ci dəqiqəsində Əlimirzə “dubl”nu rəsmiləşdirərək komandasının və özünün ikinci qoluna imza atıb. Futbolçu sərrastlığını bu dəfə də uzaq məsafədən 25 metrdən nümayiş etdirib. Əsgər Abdullayevin yetirmələri fasiləyə üstün yollanıb. İkinci hissədə qapılara heç bir qol vurulmadığından oyun Naxçıvan təmsilçisinin 0:2 qələbəsiylə başa çatıb.

Qeyd edək ki, avqustun 27-dəki ilk yoldaşlıq görüşündə “Araz” “Yakutiyasporu”a da 0:2 hesabı ilə qalib gəlmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43