Ölkə futbolu

“Araz”ın fan-klubu yaradılır

Yeni mövsümdən I Divizionda çıxış edəcək Naxçıvanın “Araz” klubunun fan-klubu yaradılır.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, yeni fan-klub Bakıda yerləşəcək. Ancaq “Araz”ın həm səfər, həm də ev oyunlarında stadionda olacaqlar. 

Fan-klubun adı, rəhbəri və digər məsələlər sabah keçiriləcək iclasdan sonra müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43