Dünyadan

“Arda “Atletiko”dan ayrılmayacaq”

“Atletiko”nun (Madrid) türkiyəli futbolçusu Arda Turan növbəti mövsümdə də klubunun formasını geyinəcək.

Bu barədə oyunçunun meneceri Ahmet Bulut “Trt spor”a açıqlamasında onun heç bir kluba satılmayacağını bildirib: “Ardaya rəsmi təkliflər var, ancaq hansı komandalar olduğunu demək doğru olmaz. Ancaq Arda “Atletiko”dan ayrılmayacaq. Madriddə qalacaq”.

Bulut yanız hər hansı klubun 24 milyon avro verəcəyi təqdirdə onun satıla biləcəyini bildirib: “Ancaq o zaman da futbolçu ilə razılıq əldə olunmalıdır. “Atletiko” da onu buraxmır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43