Maqazin

Arda Turan tanınmış müğəninin burnunu sındırıb

Türkiyə millisinin sabiq üzvü Arda Turan tanınmış növbəti qalmaqalla gündəmə gəlib.

Türkiyə mətbuatının yadığı xəbərə görə, hazırda “Başakşəhər”in formasını geyinən yarımmüdafiəçi tanınmış müğənni Berkay Şahinlə dava edib. 31 yaşlı futbolçunun gecə klublarının birində müğənni ilə insident yaşadığı və onun burnunu qırdığı bildirilib.

İddiaya görə, hadisədən sonra Berkay həyat yoldaşı ilə birlikdə xəstəxanaya üz tutub. Arda isə gecə klubunu tərk etməyib, səhər saatlarına kimi əylənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43