Dünya futbolu

Arda Turan zədələndi

“Barselona”nın futbolçusu Arda Turan zədələnib.

İdmanxeber.com-un məlumatına görə, o, komandanın dünənki məşqində zədə alıb. Aldığı zədəyə görə məşqi yarımçıq tərk edən futbolçunun durumunun ciddi olduğu üzə çıxıb. Belə ki, o, La Liqanın 22-ci turunda “Alaves”ə qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək. Arda ilə yanaşı Xavier Maskerano, Xerar Pike və Rafinya da zədə səbəbindən “Alaves”lə matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Alaves” – “Barselona” matçı bu gün saat 19:15-də start götüəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43