Dünya futbolu

Arda Turan zədələndi

Bu gün yoldaşlıq oyunları çərçivəsində Moldova ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim Arda Turanın xidmətindən məhrum olub. Türkiyə Futbol Federasiyasının rəsmi saytına yer alan xəbərə görə, “Barselona”nın futbolçusu  qasıq nahiyəsindəki zədəyə görə Moldovaya qarşı oynamayacaq.  

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43