Dünya futbolu

Arda Turana 100 milyonluq təklif

Çin klubları “Barselona”nın futbolçusu Arda Turandan əl çəkmirlər.

İdmanxeber.com-un məlumatına görə, çinlilər təcrübəli futbolçuya növbəti dəfə təklif göndəriblər. Belə ki, “Quançjou Everqrand” klubu Türkiyə millisinin üzvünə  4 illik müqavilə və 100 milyon avro pul təklif edib. 30 yaşlı futbolçunun meneceri gələn həftə Çinə gedərək, klub rəsmiləri ilə bu məsələni müzakirə edəcək.

Qeyd edək ki, Çində qış transfer dönəmi martın 1-də bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43